İnfeksion Xəstəliklər

TƏCİLİ YARDIM ŞÖBƏSİNDƏ YARALANMALAR SONRASI TETANUS PEYVƏNDİ ALQORİTMASI

  • Riskli təması ola biləcək yaralanmalarda ilk növbədə yara yerini bol su və sabunla yumalı, daha sonra nekrozlaşmış toxumalar və yad cisimlər varsa onları kənarlaşdırmalı, daha sonra antibiotik ehtiyacını dəyərləndirib tetanus profilaktikası aparılmalıdır.
  • Tetanus profilaktikasını dəyərləndirmək üçün ilk öncə yaralanmanın zamanına diqqət etmək lazımdır- 90 günü keçmiş yaralanmalarda təcili tetanus profilaktikasına ehtiyac yoxdur. Belə xəstələr poliklinikaya planlı peyvəndlənmə üçün yönləndirilə bilər.
  • 90 günü keçməmiş yaralanmalarda ilk öncə yaranın ölçüsünə və təmizliyinə baxılır. 1 sm-dən kiçik və təmiz yaralanmalarda Tetanus əleyhinə immunoqlobulin (TiG-TƏZ) istifadə etməyə ehtiyac yoxdur. Digər qrupa isə böyük və ya kirli yaralanmalar aid edilir (kiçik və kirli və böyük və təmiz yaralanmalar bu qrupa aid edilir) .
  • Yaranın vəziyyətini dəyərləndirdikdən sonra təması olan şəxsin peyvəndlənmə vəziyyəti, pəyvəndlənmənin tam aparılıb aparılmaması və neçə il əvvəl peyvənd olunmasına diqqət yetirilir. Yalnız peyvənd sertifikatı olan şəxslər peyvəndlənmiş olaraq qəbul edilməlidir.
  • Kiçik və təmiz yaralanması olan şəxslər son 10 il ərzində tam doza peyvəndlənmişsə hazırda peyvənd ehtiyacı yoxdur. Əks halda onlara Td(Anatoksin) vurulur.
  • Böyük və ya kirli yaralanmalarda isə peyvəndlənməmiş və ya peyvəndlənmə vəziyyəti bilinməyən , həmçinin tam doza peyvəndlənməmiş şəxslərdə Td (Anatoksin ) və TiG (TƏZ) hər ikisi  vurulur. Əgər xəstə son 7 gün ərzində  planlı peyvəndinin ilk dozasını (Td-Anatoksin) aldığını bildirərsə bu zaman ona sadəcə TƏZ vurulur. Çünki vaksin vurulduqdan 7 gün sonra orqanizmdə immunitet yaranır.
  •   Tam doza peyvəndini almış şəxslərdə də əgər son dozanın üstündən 5 ildən çox müddət keçmişsə Td -anatoksin vurulur, keçməmişsə yaralının hazırda peyvənd ehtiyacı yoxdur. Vaksin və TƏZ eyni nahiyədən vurula bilməz.

Kiçik və təmiz yaralarda hər hansı antibiotik profilaktikasına ehtiyac yoxdur.

Böyük (5 sm-dən) və ya kirli yaralarda :

  • Yerli antiseptiklərlə yetərli qədər dekolonizasiya edildiyi düşünülmürsə ,
  • Xəstənin endokardit riski və ya hər hansı yad cisim varsa ,
  • Üz yaralanmalarında 18 saat, ətrafların yaralanmalarında 18 saatdan artıq müddət keçmişsə
  • Xəstənin immunsupressiv vəziyyəti varsa 24 saatlıq antibiotik profilaktikası verilə bilər.

 Profilaktik olaraq

Sefazolin (2 q* gündə 3 dəfə), xəstənin beta-laktamlara qarşı alergiyası varsa Vankomisin (1 q* gündə 2 dəfə);

  • Çox kirli olduğu düşünülürsə amoksasilin-klavilunat (1 q* gündə 2 dəfə) , beta-laktam alergiyası varsa Klindamisin (900mq * gündə 3 dəfə) verilə bilər.

Açıq sınığı olan şəxslərdə antibiotik profilaktikası “Gustilo-Anderson” tipləndirilməsinə əsasən aparılır.

Tip I/II:

  • Təmiz yaralanmalarda ilk seçim sefazolin (V/d, 2 q* gündə 3 dəfə), alternativ seçim Vankomisin (yükləmə dozası 20-35 mq/kq, davam dozası 15-20 mq/ kq.
  • Minimal kirlənmiş yaralarda mövcud antibiotikə metronidazol (500 mq* gündə 3 dəfə ) və ya klindamisin (900mq * gündə 3 dəfə) əlavə olunur.
  • Müalicə müddəti -yara qapandıqdan sonra 1 gün

Tip III:

  • Kirli yaralanmalarda Seftriakson (2q * gündə 1 dəfə)+ metronidazole (500mq * gündə 3 dəfə) və ya levofloksasin (750 mq * gündə 1 dəfə ) +klindamisin (900 mq * gündə 3 dəfə ) .
  • Müalicə müddəti- yara qapandıqdan sonra 3gün

Yara yerində klinik olaraq infeksiya əlamətləri başlamışsa yara yerindən kultivasiya nümunəsi alıb empirik antibiotic müalicəsi başlanmalıdır.

Xüsusi hallarda həkim-infeksionistlə konsultasiya etmək məsləhətdir.

Qaynaqlar:

Həcər Heybətova
 İnfeksion Xəstəliklər üzrə Mütəxəssis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir